news Image
2016.05.17
11:15
| A A A
"Mən çıxıb orada yanlış hərəkət etdim?" Səmra sizlərə SƏSLƏNDİ

"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli "Asan Radio"nun qonağı olub.


Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni yarışmadan, tutduğu yerdən danışıb:


"Bu, mənim çıxış etdiyim ən böyük səhnə idi. Orada olmaq qürurverici hissdir. Bütün müğənnilərə bu hissi yaşamağı diləyirəm. Azərbaycan neçə ildir ki, uğurlara imza atır, hər il finaldayıq. Axırıncı yerləri tuturuq deyə, ölkəni pis təmsil etmirik ki? Biz yadda qalırıq, bir az pozitiv baxmaq lazımdır. Videorolikdə müasirliyimizi göstərdik. Heydər Əliyev adına Mərkəzi çəkdik. Gözəl bir binadır. Milli dəyərlərimizi 2012-ci ildə yetərincə göstərmişik.


17-ci yeri tutmağım məndə ruh düşkünlüyü yaratmadı. Məndən nə tələb olundusa, çalışıb etdim. Yerə qaldıqda, bu bir işdir. Sergey Lazarev kimi böyük müğənni üçüncü yer tutdu, o neyləsin? Əlbəttə, mən də yüksək yer tutmağa can atırdım. Ora getmək özü böyük bir işdir.


Məni niyə tənqid edirlər ki? 17-ci yeri tutduğuma görə? Mən çıxıb orada yanlış hərəkət etdim? Elnur Hüseynov, Dilarə Kazımova nə etsin ki, yüksək yer tutmayıb?".


S.Rəhimli erməni təmsilçi İveta Mukuçyanın qondarma Dağlıq Qarabağ bayrağını qaldırmasından söz açıb:


"İveta cılız hərəkət etdi. Jurnalistlər siyasətlə mədəniyyəti qarışdırdığına görə, ona pis yanaşdı. Mənim sakit durmağımın səbəbi isə başqa idi. Mən elə bildim ki, mənə sual verəcəklər. Azərbaycanlı jurnalist isə Qarabağdan danışdı. Mən də həmin an duruxdum. Azərbaycanımı millətimi sevirəm, ölkəmə bağlı biriyəm. Bu, doğurdan da musiqi yarışmasıdı. Mən musiqini təmsil edirəm. Ona görə də, bura siyasi yox, mədəniyyət yarışması olduğunu söylədim. Mən o cavabı verəndə hamı əl çaldı".


S.Rəhimli favoriti olan ölkələrin adını açıqlayıb:


"Hamı düşünürdü ki, Rusiya və Fransa qalib olacaq. Sonra Avstraliya ortaya çıxdı. Ukrayna da qalib olması isə gözlənilməz idi. Çox güclü musiqilər var idi. İspaniya, Malta, Rusiya mənim favoritlərim sırasında idi".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs