Əlaqə Arxiv
news Image
2016.05.17
14:15
| A A A
Azərbaycan tamaşaçısı ən çox kimə səs verib? - "Eurovision 2016"
"Eurovision 2016"-da münsiflər heyətlərinin verdiyi səslər bəlli olub.

Movqe.az-ın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, Azərbaycanın münsiflər heyətində rejissor Gülçöhrə Şəfiyeva, dirijor Əyyub Quliyev, opera ifaçısı Fərid Əliyev, xalq artisti Təranə Muradova və aparıcı Nərgiz Cəlilova yer alıb. Bütün münsiflər 1-ci yerə Rusiya təmsilçisi Sergey Lazarevi layiq biliblər.

F.Əliyevdən başqa digər 4 münsif 2-ci yerə Ukraynanı qalib edən Camaləni qoyublar. O, 2-ci yerə Bolqarıstanı, Camaləni isə 3-cü yerə yazıb. Hər 5 münsif sonuncu yerə Ermənistan təmsilçini layiq biliblər.

Rəsmi saytda tamaşaçıların gizli səsverməsi də açıqlanıb. Azərbaycan tamaşaçısı səslərini ardıcıl olaraq belə verib:

Rusiya – 12 xal
Ukrayna – 10 xal
Bolqarıstan – 8 xal
Macarıstan – 7 xal
İsrail – 6 xal
Malta- 5 xal
Fransa – 4 xal
Polşa – 3 xal
Avstraliya - 2 xal
Gürcüstan – 1 xal

Səsvermənin digər detalları ilə cədvəldə tanış ola bilərsiniz.

A - Gülçöhrə Şəfiyeva
B - Fərid Əliyev
C - Əyyub Quliyev
D - Nərgiz Cəlilova
E - Təranə Muradova





"Eurovision 2016"da münsiflərin və tamaşaçıların verdiyi səslər arasında fərq



Hər iki səsvermənin nəticələri

Sizin Reklam Yeriniz