Əlaqə Arxiv
news Image
2016.05.17
20:00
| A A A
chr("39")chr("39")Kurtlar Vadisi Pusuchr("39")chr("39")nun sevilən obrazı serialdan ayrılır

Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi Pusu"nun daha bir obrazı serialdan ayrılır.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Deli Hüsnü" obrazını canlandıran Adnan Erdoğan serialla yollarını ayırır. 

"Kanal D"də 13-cü mövsümdə böyük rəğbət qazanan filmin fərqli obrazlarından biri olan "Deli Hüsnü" qısa müddətdə hər kəs tərəfindən sevilmişdi.


Qeyd edək ki, "Kurtlar Vadisi Pusu"nun növbəti mövsüm hansı kanalda davam edəcəyi də bəlli olub. Əvvəlki illərdə "Kanal D", "ATV", "Star TV", "TNT", "Show Tv" kimi kanallarda yayımlanan serial yeni mövsümdə də "Kanal D"də ekranlara gələcək.

Sizin Reklam Yeriniz