Əlaqə Arxiv
news Image
2016.05.17
16:25
| A A A
İranda 170 qadın İnstagram-a görə tutulacaq - FOTO

İranın xüsusi xidmət orqanları 8 modeli həbs edib. Onlar İnstagram-dan "əxlaqsız və mənəviyyatsız məqsədlər üçün istifadə etməkdə" suçlanıblar.


Movqe.az bildirir ki, bu barədə Tehran Kibercinayətlər Məhkəməsinin hakimi Cavad Babai məlumat verib.


"Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, İranda İnstagram akkauntlarının təxminən 20 faizi moda biznesi nümayəndələrinə və modellərə məxsusdur", - Babai deyib. Onun sözlərinə görə, 8 modelin tutulması ilə yanaşı, 21 nəfər barədə cinayət işi qaldırılıb.


Ümumiyyətlə isə İnstagram-da fotolarını paylaşan 170 nəfər cinayət məsuliyyətinə cəlb olunacaq. Onlar 59 fotoqraf və vizajist, 58 model, gözəllik salonlarının 51 meneceri və dizayneri, iki model agentliyidir.


Həbs edilənlər arasında məşhur iranlı modellər Elnaz Gülrux, Elham Ərəb və Nilufər Behbudi də var.


Saxlanmalar və həbslər iki ildən bəri davam edən "Hörümçək 2" əməliyyatı çərçivəsində olub. Polislərin hədəfləri İnstagram-da hicabsız fotolarını yayan qadınlar idi. İranda hicabsız fotoların sosial şəbəkələrdə paylaşılması qadağandır.


Facebook və Twitter-ə girişlə bağlı ciddi məhdudiyyətlərin olduğu İranda İnstagram çox populyardır.


Bəzi iranlı xanımların İnstagram akkauntlarının yüz minlərlə daimi təqibçisi var./milli.az/

Sizin Reklam Yeriniz