news Image
2016.05.17
18:20
| A A A
İlhamənin oğlundan əməkdar artistə cavab

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov müğənni Firuzə İbadovanın onunla bağlı Baş Prokurora şikayət etməsiylə bağlı məsələyə münasibət bildirib.


Movqe.az xəbər verir ki, o, AzNews.az-a açıqlamasında F.İbadovanın şikayət etməsinin onun xeyrinə olacağını deyib:

 

"Lap yaxşı, hara şikayət edir-etsin, qanun çərçivəsində məsələ həllini tapacaq. Kimin alıb, kimə verildiyi sübut olunacaq".


O.Nadirov bildirib ki, F.İbadovanın iddia etdiyi məbləğ dələduzluqda ittiham edilən və hazırda həbsdə olan Vüqar Bəkirova verilib:

 

"Firuzə xanın o pulu Bəkirov Vüqara verib. Vüqar dələduzluq maddəsi ilə həbs olunduqdan sonra həmin pulu məndən tələb eləmək nə dərəcədə düzgündür? O vaxt Firuzə xanıma dedim, indi də təkrar edirəm, işlərim həll olunsun, mən olan bu məsələdə yardımçı olacağam. Amma bu o demək deyil ki, mən o pulu alıb cibimə qoymuşam, yaxud da həmin pulun mənə hansısa aidiyyəti var".


Xatırladaq ki, Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barəsində Bakı şəhər Baş Prokurorluğuna şikayət edib. O, iddia edir ki, O.Nadirov ondan 4500 manat alıb və qaytarmaq istəmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs