Əlaqə Arxiv
news Image
2016.05.18
13:45
| A A A
"Dəfnə ağacı"ndakı obrazıma görə mənə nifrət edirlər"

Əməkdar artist Sənubər İsgəndərli "ATV maqazin onlarla" verilişinin kamerası qarşısına keçib. 


Movqe.az-ın məlumatına görə, kinoteatrda görüntülənən aktirsa saç düzümünün və makiyajının özünə aid olduğunu bildirib. 


"Salona çox nadir hallarda gedirəm. Çox vaxt saç düzümümü və makiyajımı özüm edirəm. Geyimdə çətinlik çəkirəm. Birdən geyinib, qapıdan çıxanda geri qayıdıb dəyişirəm. Evdə geyimlərimə qızım müdaxilə edir".


S.İsgəndərli rol aldığı "Dəfnə ağacı" serialındakı Adilə obrazından danışıb. Aktrisa bu mənfi roluna görə çoxlarının onu qınadığını bildirib: 


"Çoxu mənə deyir ki, səni belə bilməzdik. Sənə nifrət edirik. Demək, obrazım uğurlu alındı. Serialda elə bir dəyişikliklər olacaq ki... Biz aktyorlar onu biləndə şok olduq. Adilə obrazını pisləyirlər, amma o hər şeyi övladları üçün edir. Mən də həyatda uşaqlarım üçün bəlkə də Adilənin etdiyini, hətta ondan çoxunu edərəm".



Sizin Reklam Yeriniz