news Image
2016.05.18
14:00
| A A A
Leyla Əliyeva Polad Bülbüloğlunun heykəlinin açılışında

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun Moskvada heykəli qoyulub. 


Movqe.az-ın məlumatına görə, heykəl Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında yaradılıb. 


Heykəlin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Zurab Tseretelidir.


Abidənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, alim, əməkdar elm xadimi Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, aparıcı Hacı Nuran iştirak ediblər.


Tədbirdə P.Bülbüloğlunun 15 yaşlı oğlu Murtuza Bülbül qonaqları təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə drijorluq edib və sonra atasının mahnısını oxuyub./axşam.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs