Əlaqə Arxiv
news Image
2016.05.18
15:32
| A A A
Safurə Əliyeva Səmradan danışdı: "Bu, onun günahı deyil"

"Eurovision 2010" təmsilçimiz Safurə Əliyeva yarışmanın builki iştirakçısı Səmra Rəhimli ilə bağlı fikirlərini bölüşüb. 


Movqe.az-ın məlumatına görə, S.Əliyeva "1news.az "a açıqlamasında həmkarının mahnısını və çıxışını bəyəndiyini deyib:

 

"Eurovision 2016"nı izlədim. Gözəl və layiqli mahnılar çox idi. Azərbaycan təmsilçisi Səmra Rəhimliyə gəldikdə isə "Miracle" mahnısı çox xoşuma gəldi. Səmranın çıxışı, səhnə şousu da yaxşı idi. Unutmaq lazım deyil ki, bu, beynəlxalq müsabiqədir, buna milyonlarla auditoriya baxır. Ən peşəkar ifaçı da həmin an özünü itirə bilər. Həttarrusiyalı müğənni Sergey Lazarev müsahibəsində demişdi ki, "Eurovision" səhnəsi digərlərinə bənzəmir. Səmra Rəhimli qarşısına qoyulan tapşırığın öhdəsindən uğurla gəldi. 


Düzdür, mətbuat konfransı zamanı bəzi nüanslar oldu. Amma bu, onun günahı deyildi. Bu, onu hazırlayan komandanın günahıdır. Görünür, onun üzərində cavabdeh olacağı məsələ ilə bağlı iş aparılmayıb, heç komanda özü də buna hazır deyildi. Həmin anda yanında məsələyə müdaxilə edə biləcək insan olmalıdır, sənətçiyə ünvanlanan suala cəld cavab verməlidir".


S.Əliyeva S.Rəhimlinin 17-ci yeri tutmasına da münasibət bildirib:


"17-ci yer əsas deyil. Əsas "Miracle" mahnısının dünya standartlarına cavab verə biləcək tərzdə yazılmasıdır. Bəstənin yaddaqalan olması əsasdır. "Eurovision"da iştirak edən təcrübəli biri olaraq deyə bilərəm ki, mənim müsabiqədəki "Drip drop" mahnım hələ də radiolarda səsləndirilir. Klip isə Avropa kanallarında yayımlanır. Əsl uğur və vaciblik də budur.


Səmra Rəhimli gözəl vokalçıdır və səhnəyə yaraşır. Avropa onu sevir və qəbul etdi. Öz adımdan onu uğurlu çıxışına görə təbrik edirəm və uğurlar arzulayıram".


Qeyd edək ki, S.Əliyeva energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. O, ərə getdikdən sonra sənətdən uzaqlaşıb və İstanbulda yaşayır.

Sizin Reklam Yeriniz