news Image
2016.05.18
17:50
| A A A
Burak Özçivit: "Fahriyə bir dənədir"

Türkiyənin ən yaraşıqlı və populyar aktyorlarından olan Burak Özçivit bu aralar "Kardeşim benim" adlı filmlə gündəmdədir. Həm prodüserliyini etdiyi, həm də gənc qızların sevimlisi müğənni Murat Bozla birlikdə çəkildiyi üçün hər kəs filmi səbirsizliklə gözləyir. Bu fürsəti qaçırmayan "Hürriyət"in tanınmış müxbiri İzzət Çapa aktyordan maraqlı müsahibə alıb. Sevgilisi Fahriyə Evcənlə Avstriya polisini təşvişə salmaqlarından, çəkiliş meydançasında üzləşdiyi çətinliklərdən, özünə vurğunluğundan danışan aktyor bir çox mövzuda səmimi açıqlamalar verib.


Movqe.az publika.az-a istinadən müsahibəni təqdim edir:
- Eşq mövzusunda çəkilən filmlərdən sonra sərt keçid etdiniz. Birdən-birə tamaşaçıları güldürməyə qərar verdiniz. Komediya janrında uğur qazana biləcəyinizə inanırsınız?

- Aktyorun vəzifəsi fərqli rollara bürünməyi bacarmaqdır. İlk dəfə rol aldığım serial da komediya janrında olub. Əslində, real həyatda da əyləncəli, deyib-gülən adamam. Ona görə də, komediya mənə doğmadır.

- Əvvəlcə, müğənnilər Özcan Dənizlə, Mahsun Qırmızıgül kino sahəsinə keçid etdilər. Siz isə prodüserlik edirsiniz. Bu yeni dəbdir?

- Öz işimin rəisi olmaq fikrim yox idi. Ancaq xəyalımdakı işləri reallaşdırmaq üçün öz şirkətimi yaratmalı oldum. Çünki illərdir aldığım film təkliflərinin heç biri ürəyimcə olmurdu. Öz ssenarilərimi yazıb, filmimi ərsəyə gətirməli oldum.

- Yəni, deyirsiniz ki, pul problemim yoxdur, istədiyim filmi çəkərəm?

- Haradadır e, o xoşbəxtlik. Hamısını kredit götürmüşəm.

- Aktyorluq və prodüserlikdən sonra belə görünür, səni yaxında rejissor kimi də təqdim etməli olacağıq.

- Niyə də olmasın. Fotoqrafiya sahəsi üzrə təhsil almışam. Ancaq özümü hazır hiss etmədən rejissorluq kreslosuna əyləşmərəm.

- Üç il öncə də sizdən müsahibə almışdım. Onda deyəcəyiniz sözləri diqqətlə seçirdiniz. İndi sanki bambaşqa adam olmusunuz. Qorxularınızdan xilas oldunuz?

- Məncə, istənilən insanın qorxuları var, ancaq önəmli olan onlarla üzləşə bilməkdir. Bunu bacardıqdan sonra istər-istəməz cəsarətli olursan. Əvvəllər çox sıxılır, hər şeyi problem edirdim. Bu xasiyyətimi tərgitdim. Xəyal gücüm üzündən çox dərd çəkirdim. Çoxlu planlar qurur, onlar həyata keçməyəndə xəyal qırıqlığı yaşayırdım. İndi bilirəm ki, 5 il sonrası üçün xəyal qurmağa ehtiyac yoxdur, anı yaşamaq lazımdır.

- Nə olub? Niyə "Ferrarisini satan rahib" kimi danışırsınız?

- Başa düşdüm, sən məni ələ salırsan (Qəhqəhə çəkir) Ancaq reallıq budur ki, insan 29 yaşdan sonra çox dəyişilir. Əvvəllər deyirdilər ki, "30 yaşdan sonra ruh halın dəyişəcək". Düzü buna inanmırdım. Amma yaşayaraq gördüm ki, doğru imiş. Görmürsən, necə sakit bir insana çevrilmişəm!

- Hansı aktyora, aktrisaya yaxınlaşsam, yerli serialların çox uzunçuluq etdiyindən şikayətlənirlər.

- Həftənin 6 günü, gündə 18 saat çəkiliş meydanında oluram. "Çalıkuşu" 120 dəqiqə çəkirdi, biz yoruluruq deyirdik. "Kara sevda"nın hər seriyası isə 150 dəqiqədir. İndi nə vəziyyətdə olduğumuzu fikirləş.

- Birdən "tükənmişlik sindromu"na yaxalanarsınız..!

- İşimi sevdiyim üçün belə bir təhlükə ilə üzləşəcəyimi zənn etmirəm. Ancaq həm fiziki, həm də zehni baxımdan çox yorulduğumu etiraf etməliyəm.

- Aktyor olmaq çətindir. Bu qədər işlə, sonra da arıq qala bilmək üçün idmana get.

- Yox, qardaş, nə idmanı? İnan ki, idmana belə vaxtım qalmır. Onsuz da buna görə arıqlamışam. Camaat arıqlamaq üçün idman edir, mən isə idmandan uzaqlaşanda arıqlayıram.

- Vaxtsızlıqdan şikayət edirsiniz. Belə çıxır ki, Fahriyənin üzünü belə görmürsünüz. Heç olmasa, məktublaşırsınız?

- Məktublaşmaq sənin dövründə qalıb. Dövr ismarış dövrüdür. Biz çox mesajlaşırıq. Hər ikimiz kino sahəsində fəaliyyət göstərdiyimiz üçün vəziyyətlə barışmaq asan olur. Ancaq Fahriyə daha öncə 150 dəqiqəlik seriala çəkilməyib. Ona görə də, "Sənin işin niyə səhərə kimi çəkir?", - deyə soruşduğu vaxtlar olur.

- Qız haqlıdır.

- Bilirəm. Təkcə Fahriyə yox, dostlarım və ailəm də narahatdırlar.

- İndi əksini düşün, Fahriyə sənə vaxt ayıra bilməsə idi, qısqanclıqdan dəli olmazdın?

- Qısqanclıq etməyi çoxdan tərgitmişəm. Həm də biz bir-birimizi yaxşı tanıyırıq. Aramızda elə problemlər ola bilməz. Üstəlik, Fahriyə insanı başa düşəndir, ondan bir dənədir. Bu arada müsahibənin sonu hara doğru gedir? Bəs ancaq filmdən danışacaqdıq?

- Yaxşı, onda ən sevdiyiniz mövzuya, yəni "siz"ə qayıdaq. Eşitdiyimə görə, gün boyu güzgünün qabağından ayrılmırsınız.

- (Gülür) Çəkiliş meydanında olanda güzgüyə çox baxıram. Nəzərə alsaq ki, milyonların qarşısına çıxırıq, bu, təbii haldır. Normal həyatda təbii ki, güzgü aludəçisi deyiləm.

- Murat Bozla filmdən sonra dostlaşdınız?

- Yox, 7-8 ildir ki, dostuq.

- Murat zarafatcıl adamdır, olmaya bu deyib-gülən halınızı Murada borcluyuq?

- Heç ağlıma gəlməmişdi. Ancaq ola bilər. Muradın ən müsbət keyfiyyətlərindən biri aktyorluq haqqında məlumatlı olmadığını açıq şəkildə deməsidir. Heç utanıb-çəkinmir. Çəkiliş meydanına gələndə dedi ki, "Mən bu işi bilmirəm, mənə kömək edin". Biz də əlimizdən gələni etdik. Qəribə adamdır.

- Muradla film çəkmək haradan ağlınıza gəldi?

- Muradla yemək yeyirdik. Uzun müddətdir ki, üzərində düşündüyüm film layihəsindən bəhs etdim. Mənimlə işləmək istəyib-istəmədiyini soruşdum. Sağ olsun, heç ssenarini oxumadan razılaşdı. Dedi ki, "sənə güvənirəm".

- Eşitdiyimə görə, Vyana şəhərində sevgilinizlə əsl macəra yaşamısınız. Nə baş verib?

- Haradan eşitmisən? Bu hadisə yalnız Avstriya mətbuatında yayımlanıb. Biz də təəccübləndik. Deməli, Fahriyə ilə yeni ili qarşılamaq üçün 2 günlük Vyanaya getmişdik. Gəzib əyləndikdən sonra, orada çəkdirdiyimiz fotoşəkli "Instagram"da paylaşdım. Otelə qayıdanda qapıda ən az 30-40 nəfərin olduğunu gördük. Hamı bizdən avtoqraf istəyirdi. Otel səlahiyyətliləri qələbəliyi yarıb bizi zorla liftə mindirə bildilər. Bir müddət otağımızdan çıxmadıq. Aşağıdan gələn dava-dalaş səslərini eşidirdik. Sən demə, insanlar yanımıza gəlmək istəyirmiş. Otel işçilərinin rəngi qaçmışdı, çox qorxurdular, deyirdilər ki, "buralarda belə şeylər olmur". Qələbəlik daha da böyüyübmüş, ən az 700-800 nəfər varmış.

- Castin Biber kimi adamsınız...

- (Gülür) Bir saat otağımızda gözlədik. Yeni il gecəsi belə küçələrində polisin olmadığı Vyana bizim üzümüzdən qarışdı. Otelə 11 maşınla 65 polis gəldi, qələbəliyi dağıtdılar. Sonra bizi oteldən götürüb hava limanına apardılar. Yolda soruşdular ki. "siz kimsiniz və necə olur ki, burada bu qədər tanınırsınız?" Əslində, biz də bunların necə baş verdiyini bilmirdik. Ancaq polis təşvişə düşmüşdü, çünki şəhərdə əsla belə hadisələr olmurmuş. Bir sözlə, Qanuni Vyananın qapılarına kimi gedə bildi, ancaq şəhəri biz fəth etdik (Gülür).

Burak Özçivit:
Burak Özçivit:
Burak Özçivit:
Burak Özçivit:
Burak Özçivit:

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs