Əlaqə Arxiv
news Image
2016.05.19
16:22
| A A A
Müğənninin dəyanəti
Kanadada yaşayan fransız əsilli müğənni Selin Dion “Mən bir kişinin arvadıyam” deyib, həyatını yenidən qurmaqdan imtina edib Turneyə hazırlaşan ulduz müğənni KİV qarşısında açıq və mərhum əri Röne Angelil ilə son dəqiqələri haqda danışıb

O, Röne arzuladığı kimi daim ayaqda və ləyaqətlidir. Ərinin vəfatından 4 ay sonra Selin Dion yenidən gündəmə gəlib və Avropaya qayıtmağa bir neçə həftə qalmış öz  pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış etmək fikrindədir. "Bəli, mən ağlayıram, bəli, gülürəm, bu vaxta qədər vaxtımı şən keçirmişəm"-deyə o, Kvebekin telekanalına müsahibə verib. Selin  deyib ki, uşaqları ona getmək üçün güc veriblər. "Röne-Çarlza, Eddi və Nelsona baxanda gözlərimə Röne görünür. Ataları onlardakı əlaqəni görürdü. Bax, belə!"O, "Paği Matça" bildirib ki, bu həftə gərgin çalışacaqdır ki, avqustda yeni albomunun işıq üzü görməsinə nail olsun. "Sakit durmaq söhbəti yoxdur, əksinə çox fəal olacağam: Rönenin ölümündən bir ay sonra mən artıq səhnədə idim. Uşaqlarıma göstərmək istəyirəm ki, onlar mənə, məni yaşadan qüvvəyə arxayın ola bilərlər". 


Sizin Reklam Yeriniz