Əlaqə Arxiv
news Image
2016.05.20
16:13
| A A A
Nadir Qafarzadə intihar etmək istəyirmiş - ŞOK AÇIQLAMA

Azərbaycanlı müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, "Özümü asardım" adlı mahnı oxuyub: "Bir müddət öncə Bakıda kim intihar etmək istəyirdisə, Əzizbəyov körpüsünə çıxırdı. Adi insanlar da intihar etmək istəyən şəxsin videosunu çəkib, sosial şəbəkədə paylaşırdı. Mən bir müğənni kimi bu cür halları pisləyirəm. Məhz buna görə də yeni mahnımda bu mövzuya toxunmaq qərarına gəldim. Düşünürəm ki, yaşamaq, mübarizə aparmaq lazımdır. Bəzən insanı o həddə çatdırırlar ki, adam istəyir ki, özünü assın. Açıq deyirəm, mən də illər öncə intihar etmək istəmişəm. Amma ailəmi, övladlarımı düşünüb bu addımdan vaz keçmişəm. Çünki həyat yaşamağa dəyər". 

Sizin Reklam Yeriniz