Əlaqə Arxiv
news Image
2016.05.21
14:00
| A A A
Türkan Şorayın 10 milyon dollarlıq villası - FOTOLAR
Türkiyəli aktrisa Türkan Şoray villasını satışa çıxarıb.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın borclarını ödəmək üçün villasını satdığı iddia edilir. Sözügedən villa Bebekdə yerləşir. Türkan Şoray rejissorluq etdiyi "Uzaklarda arama" filmi uğursuz alınıb, nəticədə isə o, film üçün etdiyi xərcləri geri qaytarmaq üçün villasını 10, 5 milyon dollara satıb.

Aktrisa bu pulun 6 milyon dollara Tarabyada yeni bir villa alıb, qalanını isə borclarına verib. O bu haqda belə deyib:

"Villamı satmağım doğru xəbərdir. Evimlə bağlı gündəmi məşğul etmək istəmirəm. Bu mənim şəxsi məsələmdir".

Türkan Şorayın qızı Yağmur Ünal da xəbəri təsdiqləyib:
"Biz onsuz da evimizi uzun illərdir dəyişdirmək istəyirdik. Ev həddindən artıq böyükdür. Lifti olan bir ev istəyirdik. Allaha şükür ki borcumuz qurtarıb",

Türkan Şorayın 10 milyon dollarlıq villası - FOTOLAR
Türkan Şorayın 10 milyon dollarlıq villası - FOTOLAR
Sizin Reklam Yeriniz