Əlaqə Arxiv
news Image
2016.05.23
09:15
| A A A
"O gəlsə, mən yoxam" - Beren Saat

Türkiyənin məhşur telekanallarından birində yayımlanan "Muhteşem Yüzyıl Kösem"in yeni sezona hazırlığı qalmaqalla yadda qalıb.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, filmdə Kösəm Sultanın oğlu 4-cü Muradı canlandırması üçün aktyor Engin Akyürekə filmin rəhbərliyi tərəfindən təklif göndərilib. Bu təklif isə Kösəm sultan rolunun ifaçısı Bərən Saatın xoşuna gəlməyib və buna görə aktrisa ilə filmin rejissorları arasında fikir ayrılığı yaranıb:


"Fatmagülün Suçu Ne?" filmində biz Enginlə ər-arvad rolunu oynamışdıq. İndi Enginin anası rolunu oynasam, inandırıcı olmaz".


Aktrisa bu narazılığının ciddiyətini qoyduğu şərtlə bir daha sübut edib. "Əgər Akyürək filmin çəkilişlərinə daxil olsa, mən bu serialdan ayrılacam", - deyə B.Saat bildirib.


Tanınmış aktrisa Beren Saat "Muhteşem Yüzyıl Kösem" serialında ötən ilin dekabr ayından etibarən çəkilməyə başlayıb. O, serialda baş rolu- Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Thsilmpounu əvəz edir. O, dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub. 


Dünyanın onlarla ölkəsində, o cümlədən Azərbaycanda da yüz minlərlə insanın izlədiyi Türkiyənin ən məşhur serialı olan "Muhteşem Yüzyıl"ın davamı kimi çəkilən "Muhteşem Yüzyıl - Kösem"lə bağlı anlaşılmazlıqlar hələ serial barədə danışıqlar başlayanda var idi. Serialın baş rol ifaçısı kimi seçilən gənc aktrisa Beren Saatla alacağı qonorarla bağlı mübahisələr yaranıb. 


Belə ki, aktrisa hər seriyaya görə rejissorlardan 80 min lirə (təqribən 42 600 manat) tələb edib. 


Beren Saat türkiyəli məşhur pop ifaçısı Kənan Doğulunun həyat yoldaşıdır. Cütlüyün toy mərasimi 2014-cü ilin iyulunda ABŞ-da baş tutub

Sizin Reklam Yeriniz