Əlaqə Arxiv
news Image
2016.05.24
14:00
| A A A
Kənan və Sinem 7 milyonluq müqavilə bağladı

Mayın 14-də ailə quran aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobala çoxlu reklam təklifi gəlir.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur brendlərin hədəfə aldığı ikili sürpriz müqaviləyə imza atıb. Yeni evlilər qarşıdakı günlərdə bir məişət əşyası firmasının reklamı üçün kamera qarşısına keçəcəklər.


Onlar bu reklamdan 7 milyon lirə (təxminən 3,5 milyon manat) qazanacaqlar.


Qeyd edək ki, digər məşhur cütlük Beren Saat və Kenan Doğulu birgə reklama çəkilərkən 2,5 milyon lirə qazanmışdılar.

 

Sizin Reklam Yeriniz