Əlaqə Arxiv
news Image
2012.04.20
17:02
| A A A
DATO Bakı səhnəsində

Gürcüstanın məşhur müğənnisi DATO Bakıya gəlir. Movqe.Az xəbər portalının məlumatına görə, DATO iyunun 9-da ilk dəfə Bakıda Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək.

Sarayın mətbuat katibi Anara Fərəczadənin Movqe.Az-a verdiyi məlumata görə, məşhur müğənninin Bakı konserti möhtəşəm olacaq. O, DATO və onun yaradıcılığı haqqında qısa məlumat verdi: "Repertuarında 6 dildən çox mahnı olan DATO, soul, reqqi və latın üslubunda mahnılar ifa edir. Dəfələrlə Gürcüstanda "İlin müğənnisi" seçilən DATO, nəfəs alətlərindən başqa, bütün musiqi alətlərdə ifa etməyi bacarır", - A.Fərəczadə dedi.

Qeyd edək ki, Heydər Əliyev Sarayında keçiriləcək konsert saat 19:00-da başlayacaq.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz