Əlaqə Arxiv
news Image
2016.05.25
13:00
| A A A
Adelə 90 milyonluq təklif

28 yaşlı müğənni Adel musiqi tarixinin ən yüksək məbləğli müqaviləsini imzalamağa hazırlaşır.

 

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, "Sony Music"in ona təklif etdiyi rəqəm 90 milyon funt-sterlinqdir. Bu məbləğin müqabilində musiqi şirkəti Adelin mahnılarının yayım hüququnu öhdəsinə götürəcək.

 

Qeyd edək ki, müğənni 19 yaşında imza atdığı "XL Recordings"lə müqaviləsini bitirməyə hazırlaşır. Musiqi tənqidçiləri Adelin "Sony Music"lə əməkdaşlığının vaxtının yetişdiyini bildiriblər.

 

Adelin müqaviləsindən əvvəl, ən yüksək göstərici, ingilis musiqiçisi Robbie Uilyamsa aid olub. O, 2002-ci ildə "EMI"dən Sony Music-ə  transfer olmaq üçün 80 milyon sterlinqə müqavilə imzalamışdı.

Sizin Reklam Yeriniz