Əlaqə Arxiv
news Image
2016.05.26
17:39
| A A A
Abbasdan Zamiqə: "İnsan paxıl olmamalıdır"

Əməkdar artist Abbas Bağırov bir çox kişi həmkarlarının onu təkrarladığını iddia edib.   Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində ilk dəfə saqqalı özünün saxladığını deyib:

"Saqqal saxladım, hamı etdi. Saç formamı dəyişdim, hamı təkrarladı. Əvvəl balaca eynəyim var idi, sındı, indi böyüyün taxıram. Hamı başlayıb belə böyük eynək taxmağa". A.Bağırov müğənni Zamiq Hüseynovun onun çantasının eynisindən aldığını iddia edib: 


"İnstaqram səhifəmə baxsanız, görərsiniz ki, bu çantanı mən çoxdan almışam. Zamiq də onu məndən sonra alıb və şəklini sosial şəbəkədə qoyub. Heç nə olmaz, problem deyil. Amma gizlətməsinlər, utanmalı heç nə yoxdur. Mən daşıdım, sonra sən etdinsə, çəkinmək lazım deyil. İnsan heç nədə paxıl olmamalıdır".


A.Bağırov heç vaxt dəbi izləmədiyini deyib:


"Nəyi bəyənsəm geyinəcəm. "Bu rəng dəbdədir, mütləq istifadə edim" demirəm. 


Kimsə danışırsa, sakit durub ona qulaq asmayacam, hərdən cavabların da verəcəm".

Sizin Reklam Yeriniz