news Image
2016.05.31
09:00
| A A A
"Nə deyirsə, düz deyir..." sənətçi arvadının dediklərini TƏSDİQLƏDİ

Türkiyəli müğənni Yavuz Bingöl eks-həyat yoldaşı Öykü Gürman haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Y.Bingöl açıqlamasında Öykünü çox istədiyini dilə gətirib: "O, mənim canımdır. Həmişə gözümün üstündə yeri var. Nə deyirsə, düz deyir".

Xatırladaq ki, Ö.Gürman boşanmalarına səbəb kimi, sənətçinin verdiyi sözləri tutmadığını və pis vərdişlərinin olduğunu deyib:
"Bu evlilik mənim üçün bir təcrübə oldu. Evlilik - məsuliyyət tələb edən bir məsələdir və doğru insanla ailə qurduğun zaman hər şey çox gözəl olur. Yavuzun sahib olduğu bir çox vərdişlərini dəyişdirməyə cəhd göstərdim, amma bacarmadım. Və evliliyimiz bitdi. Ailə həyatı quranda doğru insanı tapmaq lazımdır. Hər iki tərəf gözləntilərə cavab vermirsə, bu münasibət çox davam edə bilməz. Yavuzun mənə verdiyi sözlərə inanıb onunla evləndim, amma verdiyi sözlərin heç birini tutmadı. İndinin özündə də Yavuzla görüşmürük, heç dostluq münasibətimiz də yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs