Əlaqə Arxiv
news Image
2016.05.31
16:10
| A A A
“Ölümündən əvvəl Mişel Beğje Frans Qalldan başqa bir qadını sevirmiş”

Movqe.az xəbər verir ki, Fransa televiziyasının 3-cü kanalında Frans Qall və onun əri, müğənni Mişel Beğjeyə həsr olunmuş reportajda müəllif İv Biqo çapa hazırlanan kitabı barədə danışıb. O deyib ki, Mişel Beğjeyə həsr etdiyi kitabda oxucular heç kimin bilmədiyi faktlara rast gələcəklər. Həyatının sonunda müğənninin həyatında başqa bir qadın olub."Ölümündən əvvəl Mişel Beğje Frans Qalldan başqa bir qadını sevib və Kaliforniyaya köçmək istəyib. Beatris adlı bu qadın Qrimm qardaşlarının nəslindən olub. Bunu mən yox, başqaları tapıb üzə çıxarıblar" -  o, TeleStar üçün verdiyi müsahibədə deyib.İv Biqonun sözlərinə görə, onların romanı barədə bilən şəxs müğənninin Beatrisdən ötrü dəli-divanə olduğunu deyib. Məlum məsələdir ki, ərinin ölümündən sonra ortaya çıxan bu cür söz-söhbət Frans Qallın heç də ürəyincə olmayıb...


Sizin Reklam Yeriniz