news Image
2016.06.01
12:10
| A A A
Kimsəsiz uşaqları sevindirdilər

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib. 


Movqe.az-ın məlumatına görə, valideyn himayəsindən məhrum olan uşaqların iştirak etdiyi tədbirin təşkilatçılığını Tural Babayev və Fikrət Qasımzadə edib. 


F.Qasımzadə artıq 6 ildir davamlı olaraq bu cür tədbir keçirdiklərini bildirib:


"Bayram münasibətilə uşaqları sevindirmək istədik. Məqsədimiz kimsəsizlər evində yaşayan uşaqların digərlərindən fərqlənmədiyini göstərməkdir. Onlar gələcəkdə özlərini tapmaq, hansısa vəzifəyə nail olmaq üçün ruhlanmalıdırlar. Müğənnilər də sağ olsun ki, uşaqları əyləndirdilər, mahnılar oxudular. Tədbirimizdə 4 müxtəlif uşaq evinin körpələri iştirak edirdi". 


Aparıcılığını Afaq Gəncəlinin etdiyi tədbirdə əməkdar artist Ədalət Şükürov, müğənnilər Sevil və Sevinc Səfərova, Sevda Yahyayeva, Nadir Qafarzadə mahnılar səsləndirib./axşam.az/ 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs