Əlaqə Arxiv
news Image
2016.06.01
16:17
| A A A
Maykl Ceys arvadını öldürməkdə təqsirləndirilir

Movqe.az xəbər verir ki, Amerikalı aktyor Maykl Ceys əvvəlcədən planlaşdırmadan arvadını iki uşının gözü qarşısında tapançadan açılan atəşlə öldürməkdə təqsirli bilinərək çərşənbə axşamı həbs edilmişdir. Qalxan polis serialında baş rolu oynayan 53 yaşlı aktyoru 40 illik türmə həyatı gözləyir. Hökm iyunun 10-da veriləcək. Prokuror Tannaz Mokayef öz yekun arqumentlərini andlılara bildirərək deyib ki, Maykl Ceys onu yalan danışmaqda ittiham edən arvadı tərəfindən "izlənib". Maykl Ceysin vəkillər komandası belə bir versiya irəli sürüb ki, onun arvadı 19 may 2014-cü ildə iki dəfə arxasını ona çevirib və Maykl istəmədən arvadına atəş açıb.Aktyorun 10 yaşlı oğlu isə deyib ki, "Atam dedi ki, sən qaçmağı sevirsən, di qaç cənnətə və ona atəş açdı".Maykl Ceys özü polisə izahatında bildirib ki, arvadı oğlu ilə birlikdə beysbol oyunundan evə qayıdanda o, əlində tapança tutmuşdu. Bu zaman arvadı onun üzərinə atılıb və o, sadəcə onu ayaöından güllə ilə vurmaq istəyib, daha onu öldürmək fikrində olmayıb və bu vaxt içkili olub.


Sizin Reklam Yeriniz