Əlaqə Arxiv
news Image
2016.06.03
10:22
| A A A
"Oğlum atasının olduğunu bilmir" - Günay

Aktyor Tolqa Karellə 4 illik evliliyini 2015-ci ildə bitirən azərbaycanlı model Günay Musayeva keçmiş ərindən danışıb.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, moda tədbirində iştirak edən Günay məkanı tərk edərkən jurnalistlərin suallarını cavablandırıb. O, yaxın günlərdə ikinci dəfə ailə həyatı quran oğlunun atasının onlarla maraqlanmadığını söyləyib:


"Cahangirin atasıyla münasibəti yoxdur. Çünki  oğlum atasının olduğunu belə bilmir. Mən anası kimi ona yetirəm və atasının nöqsanını ona heç bir şəkildə hiss etmirəm".


İş saatlarında Cahangiri baxıcısına əmanət edən Günay Musayeva, evdəki kameraları mobil telefonla mütəmadi izlədiyini də sözünə əlavə edib.

Sizin Reklam Yeriniz