news Image
2016.06.05
21:00
| A A A
İlk sevgililərini unutmayan tanınmışlar - fotolar
İlk sevgililərini unutmayan tanınmışlar - fotolarOnlar şöhrətin qapılarını ifa etdikləri mahnı, iştirak etdikləri müsabiqə və oynadıqları seriallarla açdılar. Şöhrətə çatan ulduzların həyatından eşq macəraları əskik olmayıb. Kiminin kamera önündə xoşbəxtliyi, kimininsə göz yaşı əks olunub. Əksəriyyəti sevgiyə boyun əyib. 

Movqe.az sevgi münasibəti ilə yaddaşa həkk olunan cütlüklərin siyahısını təqdim edir: 

Alişan-Sezin Erbil: Müğənni Alişanın ilk sevgilisi Gülşən olub. Müğənni uzun ömürlü sevgisini isə şoumen Mehmet Ali Erbilin qızı Sezin ilə yaşayıb. 



Kenan Doğulu-Billur Kalkavan: İlk albomu "Yaparım Bilirsin"i 1993-cü ildə çıxaran və bununla şöhrətə bir addım atan Kenan Doğulunun ilk sevgilisi özündən 12 yaş böyük Billur Kalkavan olub. Uzun müddət maqazin xəbərlərinin gündəmini zəbt edən cütlüyün münasibəti bir gündə bitib. 



Müğənni indi aktrisa Beren Saat ilə evlidir. Onlar 2014-ci ildə nikaha daxil olublar.
 


Kıvanç Tatlıtuğ-Azra Akın: Aktyor "Best Model Of The World-2002" yarışmasında birinci seçildikdən sonra münasibətini uzun müddət Türkiyə gözəli Azra Akınla birləşdirib.
 


İndi isə Tatlıtuğ stilist Başak Dizerlə evlidir.
 


Burak Özçivit-Ceylan Çapa: Cütlük təxminən 3 il birlikdə olub. Onları bir-birindən tez-tez aralarında yaranan mübahisələri ayırıb. 



Aktyorun hazırda aktrisa Fahriye Evcenlə xoşbəxt münasibəti var.



Murat Dalkılıç - Pelin Sönmez: Müğənni ilk məhəbbəti Pelin Sönmezlə uzun zaman sevgili olub, ayrılıblar. 



Murat Dalkılıç hazırda aktrisa Merve Boluğurla evlidir.



Engin Altan Düzyatan - Özge Özpirinçci: Aktyor və aktrisanın uzun zaman davam edən münasibətləri artıq bitib. 



Engin Altan Düzyatan Neslişah Alkoçlar ilə evlidir.



Çağla Şikel - Bozok Gören: Çağla Şikelin ilk məhəbbəti "Survivor"un iştirakçısı Bozok Gören olub.
 


Bozok Görendən ayrılan Çağla müğənni Emre Altuğ ilə evlənib. Amma modelin bu evliliyi uğursuz olub. Cütlük 7 illik evliliklərini bir neçə ay öncə son qoyublar.
 


Serenay Sarıkaya - Müzeffer İldırım: Aktrisanın adı daha çox Müzeffer İldırımla eşq dedi-qodularında hallanıb. Amma onlar da sevgi münasibətini bitirənlərdən olub.

Axşam.az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs