Xəbər verdiyimiz kimi, Nyu-York Federal Məhkəməsi ABŞ-da həbs
olunan Türkiyə vətəndaşı, Cənubi Azərbaycandan olan iş adamı,
məşhur türk müğənnisi Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın pul
girovluğu qarşılığında azadlığa buraxılacaq.
Movqe.az xəbər verir ki,
Nyu-York məhkəməsi Rza Zərrabın 50 milyon dollar müqabilində
azadlığa buraxılması barədə qərarı bir həftə ərzində vəkil və
hakimlərin birgə təyin edəcəyi vaxtda verəcək.
Son məhkəmə prosesi zamanı vəkillərin Zərrabla bağlı məhkəməyə
irəli sürdüyü şərtlər gün işığına çıxıb.
Məlumata görə, Zərrabın vəkili Bencamin Brafman son məhkəmə
prosesində məhkəməyə maraqlı bir təklif irəli sürüb.
O, bunları deyib: "Əgər Zərrab azadlığa çıxdıqdan sonra öhdəlikləri
pozar və qaçmağa təşəbbüs göstərərəsə, polis hətta onu güllə ilə
vura da bilər. Yəni istəsəniz, bunu edə bilərsiz".
Qeyd edək ki, Zərrab azadlığa çıxarsa xüsusi bir otaqda
saxlanılacaq. Polis və həkim nəzarəti olacaq. Hətta o, GPS
vasitəsilə də izlənəcək.
Xatırladaq ki, Rza Zərrab 2016-cı il martın 19-da ABŞ-ın Mayami
şəhərində bank fırıldaqçılığı və İrana qarşı sanksiyaları pozmaq
ittihamları ilə həbs olunub./publika.az/