news Image
2016.06.07
10:37
| A A A
Tanınmış meyxanaçı qəzaya düşdü - Hacıqabulda

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb.

 

Movqe.az-ın məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

 

"Toyota Prado" markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

 

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır./apa/ 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs