news Image
2016.06.07
15:22
| A A A
Tom çox məşğul olduğundan öz qızını görmür

Movqe.az xəbər verir ki, "In Touch Weekly" jurnalında dərc olunmuş məqalədə yazılır ki, demək olar üç ildir ki, Tom Kruz öz qızı Surini görmür. Deyəsən, bu uzun ayrılığın səbəbi təkcə aktyorun gərgin iş qrafiki ilə bağlı deyil. 

Görünür, "Mümkünsüz missiya"nın qəhrəmanı qızını heç görmür. 2012-ci ildə Keti Holmsla ayrılandan sonra aktyor tədricən 10 yaşlı qızı Suriyə olan hüquqi borcunu yerinə yetirməyə son qoyub. Tom Kruz "gərgin qrafik" barədə danışdığı vaxt bir neçə mənbə əsil səbəbin onun "sayentologiya" qarşısındakı borcu ilə izah edib. Məlumat üçün deyək ki, bu din öz tərəfdarlarını bu ideologiyanı tənqid edən hər kəsdən uzaq durmağa təhrik edir. 

2015-ci ilin oktyabrında aktrisa Liya Rimini "O bilir"ə müsahibəsində deyimişdi: "Tom sayentologiya yeyir, sayentologiya ilə nəfəs alır, sayentologiya ilə yatır. O Keti və təbii ki, Suri ilə məsafə saxlayır və 3 ildir ki, heç bir jurnal almır". Başqa bir anonim mənbə bildirir ki, ana və qızı skype yaxud SMS vasitəsilə əlaqə saxlamağa uğursuz cəhd göstəriblər: "Tom 1000 gün ərzində qızını nə görüb, nə də onunla danışıb".

"In Touch Weekly"nın məlumatına görə, Tom Surini görməməyinin "üzürlü" səbəbi kimi gərgin iş qrafikindən əl çəkməyəcək. 53 yaşlı aktyor həqiqətən qarşısına məqsəd qoyub ki, ayrılandan sonra ildə bir filmə çəkiləcək. 

Ümid ona qalır ki, Tom filmin təqdimatında iştirakı etsə, qızının həyatında imtiyaz olacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs