Əlaqə Arxiv
news Image
2016.06.07
22:00
| A A A
Məhəmməd Əli "kitab"a uyğun dəfn olunacaq - FOTO

Əfsanəvi boksçu Məhəmməd Əli dəfninin "ssenarisi"ni ölümündən illər əvvəl yazıbmış.

Movqe.az NBC-yə istinadən bildirir ki, 74 yaşında dünyasını dəyişmiş boksçu dəfni ilə bağlı ideyalarını "Dəfn kitabı" addandırdığı dəftərə yazırmış.

Əlinin vəsiyyətinə uyğun olaraq onunla vida mərasimi doğulduğu Luisvill şəhərindəki stadionda keçiriləcək. Dəfn mərasimi isə islam qaydalarına uyğun olacaq. Mərasimə bütün dinlərə mənsub insanlar qatıla bilərlər.

Məhəmməd Əlinin 2010-cu ildə yazmağa başladığı "Dəfn kitabı" əfsanəvi boksçu Arizonada dünyasını dəyişməzdən əvvəl dəyişikliklərə məruz qalıb. Əli tabutunun onun adının verildiyi küçə ilə ilk məşqlərini etdiyi boks məktəbinədək aparılmasını da istəyib.

1960-cı ildə islamı qəbul edən, adını dəyişərək Kassius Kleydən Məhəmməd Əli olan boksçu ilə vida mərasimi iyunun 9-da, onun peşəkar boksda ilk döyüşünü udduğu "KFC Yum Center"də olacaq. Mərasim birbaşa translasiya ediləcək.

Daha sonra o, Luisvilldəki "Cave Hill Cemetery" qəbristanlığında dəfn olunacaq.

Tabutu qəbristanlığa aparanlar arasında aktyor Uill Smit və britaniyalı boksçu Lennoks Luis olacaqlar.

Əfsanəvi boksçu Məhəmməd Əli iyunun 3-də, 74 yaşında Arizona ştatındakı Feniks şəhərində, hospitalda vəfat edib. O, 32 il ərzində Parkinson xəstəliyi ilə mübarizə aparırdı.

Məhəmməd Əli dünyada yeganə boksçudur ki, ağır çəkidə 3 dəfə dünya çempionu titulunu qazanıb.

Sizin Reklam Yeriniz