Əlaqə Arxiv
news Image
2016.06.10
12:24
| A A A
Bu günün iftar duası

Bu gün Ramazan ayının dördüncü günüdür. Movqe.az-ın Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbərinə görə, dördnüncü gün üçün imsak vaxtı saat 03:09, iftar vaxtı isə 20:27-yə təyin olunub.


Dördüncü günün duası:


"Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!".


("Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!".)


İftar duası:


"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"


("Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".)

 

Sizin Reklam Yeriniz