news Image
2016.06.10
14:06
| A A A
Emin Ağalarov Filip Kirkorovu Bakıya gətirir

İyulun 9-10-da tanınmış müğənni Emin Ağalarovun təşkilatçılığı ilə Xəzər dənizi sahilində "Jara" adlı musiqi festivalı keçiriləcək. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, "Sea Breeze" istirahət mərkəzində baş tutacaq konsertdə Rusiyanın xalq artisti Filip Kirkorov da iştirak edəcək.Gecədə Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva ilə yanaşı şou-biznesin digər tanınmış simalarının da çıxışı nəzərdə tutulub. Virtualaz.org xatırladır ki, "Evrovision-2016" musiqi müsabiqəsi keçirilərkən Filip Kirkorov KİV nümayəndələrinə Azərbaycana olan sevgisinə rəğmən, bu ölkəyə gəlməsinə qadağa qoyulduğunu bildirmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs