Əlaqə Arxiv
news Image
2016.06.10
16:35
| A A A
Mən qaraqabaq və həyəcanlıyam

Fransız müğənni və yumorçu Sebastian Koet etiraf edib ki, onunla yaşamaq asan məsələ deyil. O daxilən ağrıyır.  Bu gün səhər Koet "France İnfo" radiosunda "Hər şey və onun əksi" verilişinə dəvət olunub. Aparıcı Filip Vandel "Parı Matç" jurnalındakı bir məqalədə onun belə bir fikrinə rast gəlib: "Əgər mən özümlə üzbəsurət qalsam, özümə nifrət edərəm".  

Aparıcı onu öz sözləri ilə təkzib etmək istəyib. Koet deyib: "Mən həyəcanlıyam, qaraqabağam. Mən sizin tanıdığınız və təsəvvür etdiyiniz kimi laqeyd şəxs deyiləm, amma hər halda mən bir personajam".

Filip Vandel daha sonra müsahibəyə optimizm qatmaq istəyib. Bu zaman Koet deyib: " Mən hövsələsizəm. Mən nə isə istəyəndə, amma əldə edə bilməyəndə qaraqabaq oluram. Belə yaşamaq çox çətindir"

Sizin Reklam Yeriniz