Əlaqə Arxiv
news Image
2016.06.13
14:18
| A A A
Nadir Qafarzadə ATV-nin bu layihəsindən imtina etdi

Müğənni Nadir Qafarzadə "Azad Azərbaycan" telekanalında növbəti dəfə yayımlanacaq olan "Azərbaycanın səsi" müsabiqəsində münsif olmaqdan imtina edib. 


Movqe.az-ın məlumatına görə, ifaçı bildirib ki, öz istəyi ilə müsabiqədən uzaqlaşıb:


"Artıq iki il idi ki, "Azərbaycanın səsi" müsabiqəsində münsif idim. Bu yarışma yay aylarına təsadüf etdiyinə görə, dincələ bilmirdim. İstirahət mövsümündə ailəmlə, yaxınlarımla dincəlməyə vaxtım olmurdu. Məhz bu amili nəzərə alıb, müsabiqənin yaradıcı heyəti ilə danışmaq qərarına gəldim, gələ bilməyəcəyimi söylədim. Onlar da çox sağ olsun ki, məni anladılar. Açığı iki il bu yarışda münsif olduğum müddətdə bir çox nüanslar gördüm. Bəzən həqiqəti söyləmək əvəzinə susmalı olurdum. Bu da mənim xarakterimə uyğun deyildi. 


İştirakçıların bəzilərini mənə zənglər gəlirdi. Deyirdilər ki, filankəs bizim adamdır, onu təriflə. Amma mən ağa ağ, qaraya qara deyən insanam. Həqiqəti deyən zaman ürəyim ağrayırdı. Bir sözlə münsif olmaq mənə görə deyildi. Gələcəkdə yenidən münsif olub və ya olmayacağımı isə zaman göstərəcək. Hələliksə istirahət etmək istəyirəm"./axşam.az/

Sizin Reklam Yeriniz