Əlaqə Arxiv
news Image
2016.06.14
12:17
| A A A
Günay İbrahimli yeni klipini təqdim etdi - VİDEO

Müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib. Movqe.az xəbər verir ki, musiqisi və aranjimanı Tərlan Məmmədhüseynova, sözləri Fərdi Quliyeva məxsus olan "Sən məndən gedən gündən" mahnısına çəkilmiş klipi ifaçının rəsmi "youtube" kanalında yayımlanıb. Mərdəkan və Nabranda lentə alınan klipin rejissoru Rza Əsgərovdur. "Klip digərlərindən fərqlənir. Çəkilişlər Nabran və Mərdəkanda baş tutub. Rza Əsgərovun işindən də razıyam. Ekran işində geyim məsləhətçim Elnarə Bəkirova, stilistlərim isə Anar Ağakişiyev, Elnur Talıbov və Günel Talıbovadır. Mahnının söz yazarı Fərdi Quliyevlə artıq ikinci işbirliyimizdir. O, ilk dəfə mənim üçün "Sənə bağlanıram" mahnısının sözlərini yazıb. İnanıram ki, klip dinləyicilərim tərəfindən bəyəniləcək",- deyə G.İbrahimli yeni layihəsi barədə məlumat verib.



Sizin Reklam Yeriniz