Əlaqə Arxiv
news Image
2016.06.14
13:00
| A A A
Vəfanı məsciddəki fotosuna görə qınadılar: "Özünü göstərməyə getmisən..."

Əməkdar artist, aktrisa Vəfa Zeynalova sosial şəbəkədə məsciddə çəkdirdiyi fotosunu paylaşıb.

Movqe.az xəbər verir ki, bu foto sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

O, Türkiyədə aparıcı Xədicə Sənanqızı ilə Sultanəhməd məscidində şəkil çəkdirib.

İzləyicilər isə aktrisanın örpəyindəki lövbər naxışını xaç hesab ediblər və onun ünvanına sərt tənqidlər yağdırıblar:

İstifadəçilər Vəfa Zeynalovanın fotosuna "Belə yerlərdən şəkil çəkib paylaşmaq düzgün deyil", "Özünü göstərməyə getmisən, yoxsa ibadətə?", "Heç olmasa dırnağınızdakı boyaları silərdiniz" və s kimi şərhlər yazıblar.
Vəfanı məsciddəki fotosuna görə qınadılar:


Sizin Reklam Yeriniz