Əlaqə Arxiv
news Image
2016.06.14
15:00
| A A A
Nazimi 8 kiloqram arıqladan pəhrizi

Müğənni-bəstəkar Hacı Nazim Məmmədov 2 ay ərzində 8 kiloqram arıqlayıb. 


Movqe.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində pəhrizindən bəhs edib:


"Bütün kəmərlərim, şalvarlarım dərziyə getməlidir. Hər ay normal 4 kiloqram arıqlamalısan. Ondan artıq arıqlamaq sağlamlıq üçün ziyandır. 


Gündə 4 dəfə, amma az-az yeyirəm. Süfrədən duranda yeməklərdə gözün qalmalıdır. Hər gün ət yemək mütləqdir. Amma bunu toyuq, balıq və mal əti ilə əvəzləyin. Məsələn, bu gün toyuq yedinizsə, bir də 4 gündən sonra qəbul edin. Orqanizmi zülalla təmin etmək üçün yumurta ağından istifadə edib. Beləcə, rahat arıqlaya bilərsiniz"./axşam.az/

Sizin Reklam Yeriniz