Əlaqə Arxiv
news Image
2016.06.14
18:30
| A A A
Şahzadənin yeni eşq macərası - FOTO

Böyük Britaniya şahzadəsi Harri yeni sevgilisi ilə görüntülənib.

Movqe.az  bildirir ki, şahzadənin müğənni Elli Qoldinqlə eşq yaşadığı deyilir. 

Məşhur cütlük Berkşirdə keçirilən "Audi Polo Challenge 2016" turnirinin mükafatlandırma mərasimi zamanı birlikdə görüntülənib.

Şahidlərin sözlərinə görə, onlar birlikdə keçirdikləri bütün vaxt ərzində qucaqlaşıb hətta öpüşüblər. Turnir yekunlaşdıqdan sonra onlar birlikdə əyləniblər. Hətta şahzadənin dostlarının və ailəsinin əhatəsində belə bir neçə dəfə müğənniyə olan sevgisini etiraf etdiyi bildirilir. 

Harrinin böyük qardaşı şahzadə Uilyam və Keyt Midltonun toy mərasimində Qoldinq müğənnilik edib. 

Bu ilin fevralında şahzadə Harri model Syuki Uoterhaus ilə birlikdə olduğu haqqında şayələr dolaşırdı. Daha əvvəl isə bildirilirdi ki, Harri aktrisa Emma Uotson ilə görüşür.

Şahzadə Harri 1984-cü ildə anadan olub. O, Böyük Britaniya krallığının vəliəhdi kraliça II Elizabetin nəvəsidir. Harri Uels şahzadəsi Çarlzın və şahzadə Diananın oğludur./anspress/

Sizin Reklam Yeriniz