Roza Zərgərli işdən QOVULDU
Müğənni Roza Zərgərli Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram
Teatrındakı vəzifəsindən kənarlaşdırılıb.
Movqe.az bildirir ki, bunu
publika.az-a açıqlamasında teatrın baş direktoru Səxavət Məmmədov
deyib.
Direktor əvvəlcə sualımızdan qəzəblənib və bu barədə danışmaq
istəməyib. Amma sonradan bildirib ki, Roza Zərgərli ilə yollarını
bir il əvvəl ayırmalı olublar: "Roza Zərgərli bir il müddətində
bizim teatra quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdu. Həmin
müddət ərzində Roza xanım beş dövlət tədbirini təşkil etdi.
"Xalidənin taleyi" adlı tamaşa da hazırlamağı planlaşdırmışdı, amma
vaxt azlığından alınmadı. Lakin onunla müqavilə müddəti bitdiyindən
vəzifəsinə xitam verildi. O, artıq bizim teatrda
işləmir".