news Image
2016.06.20
09:50
| A A A
Məşhur aktyor Yelçin həlak oldu

Əslən rus olan məşhur amerikalı aktyor, "Star Trek" filmindəki rolundan sonra populyarlaşmış Anton Yelçin həlak olub. 

Polis onun cəsədini Kaliforniya ştatındakı Studio Siti şəhərindəki evində, qarajda aşkarlayıb. Cəsəd avtomobil və kərpic poçt qutusunun arasında qalmışdı.

Polisdən verilən məlumata görə, 27 yaşlı aktyor maşını qaraja sürüb və avtomobildən çıxanda qəza baş verib. 2,5 ton ağırlığındakı Jeep Grand Cherokee qəflətən arxaya hərəkət edərək aktyoru hasara sıxıb, öldürüb.


Uşaqlıq illərində ailəsi Rusiyadan ABŞ-a mühacirət etmiş A.Yelçin "Star Trek" filmindəki Pavel Çexov rolundan sonra məşhurlaşmışdı. İyul ayında onun rol aldığı "Star Trek Beyond" filminin premyerası olacaq.


Anton Yelçin 1989-cu ilin martında Leninqradda anadan olmuşdu. Onun valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürənlər idilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs