Əlaqə Arxiv
news Image
2016.06.20
16:30
| A A A
Azərbaycan tamaşaçıları “Buzlar diyarı”na düşəcəklər

Azərbaycanda "Buzlar diyarı" adlı yeni tamaşa hazırlanır. Movqe.az-ın məlumatına görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsidir. Müştərək layihə çərçivəsində hazırlanan tamaşanın geyim və dekorasiya eskizləri Gürcüstanda hazırlanacaq. Gürcü rejissorun hazırladığı "Buzlar diyarı" tamaşası seyrçilərə azərbaycan və rus dillərində təqdim olunacaq. Artıq rusiyalı dramaturq-ssenarist tərəfindən tamaşanın ədəbi hazırlanıb. Hazırda pyesin mətni azərbaycan dilinə tərcümə olunur.


Tamaşada ən son səhnə texnologiyalarından və müasir audio-vizual vasitələrdən istifadə olunması nəzərdə tutulub. İnteraktiv oyun üslubunda hazırlanan səhnə əsərində tamaşaçılar da oyunun bir hissəsinə çevriləcək və Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanları ilə birgə unudulmaz bir gün yaşayacaq.


Tamaşanın premyerası oktyabrın 22-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək. Tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və Asan xidmət mərkəzlərində satışdadır.

Sizin Reklam Yeriniz