news Image
2016.06.20
16:22
| A A A
«Pirat Ürəyi» adlanan Beatris Marten ərindən ayrılıb

Movqe.az xəbər verir ki, ABŞ-ın Orlando şəhərindəki gey klubunda 49 nəfərin ölümü və 53 nəfərin yaralanması ilə nəticələnən qırğın baş verəndən sonra bəzi məşhurlar LGBT icmasına arxa olmaq üçün öz seksual oriyentasiyalarını açmağa qərar veriblər. Bu, "Matilda"nın aktrisası Mara Vilson və əlbəttə kanadalı müğənni Pirat Hartla bağlıdır. 

Müğənni Vice saytında dərc olunmuş açıq məktubunda bildirir ki, " bir şəxs ki, ənənəvi cinsləri və seksuallığı fərqləndirməyi bacarmır " o, möcüzədir. Hadisədən sarsılmış müğənni yazır : "Adamların haqqımda nə düşündükləri məni qorxutmur, Mən istəyirəm ki, arzuladığımı sevəm. Bildirirəm ki, mən homoseksualam və öz qızımı sevirəm, hansı ... bilmək lazımdır ki, sevgi irq, din, cins yaxud seksual yönüm tanımır". 

Həmin gün daha sonra Pirat Ürəyi İnstgram səhifəsində əri Aleks Peyrat və kiçik qızının şəklini paylaşıb. "Bu Romi üçün ən yaxşı atadır və ilk dəyişiklik məndə olub. O həmişə məni və etdiklərimi dəstəkləyib. Bizim gözəl səfərlərimiz olub və biz həmişə bir-birimizə dayaq olacağıq" deyə o yazıb. Bu o demək idi ki, onlar ayrılıblar.

Bundan sonra müğənninin fanatlarından biri ona təsirli sual ünvanlayıb : "Bu şəxsi olsa da soruşmaq istərdim, siz hələ də uşağınızın atası ilə birlikdəsiniz?" O bu suala sadəcə "yox" cavabını verib.

 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs