news Image
2016.06.22
13:00
| A A A
Emin və Leyla Əliyevanın əkizlərinin geyim tərzi - fotolar

Rusiyanın "hellomagazine.com" saytının "Ulduz övladlarının stili" rubrikasının budəfəki qonaqları müğənni-bəstəkar Eminlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli və Mikayıl olub. 

Movqe.az-ın məlumatına görə, yazıda Eminin övladları, ailəsi ilə bağlı fikirləri qeyd olunub:

"Leyla ilə öz istəyimizlə ayrıldıq. Heç kim bir-birini incitmədi, bir-birimizə pis heç nə etməmişik. İndi münasibətlərimiz ailəli olan vaxtlardakından da yaxşıdır. Bizim üçün önəmli olan övladlarımızdır. Lazım gələndə birlikdə gəzməyə gedir, haradasa əylənirik. Əsas məqsədimiz oğullarımızı birlikdə böyütməkdir".

Məqalədə daha sonra əkizlərin geyim tərzindən bəhs edilib. Onların nəyi xoşladıqları vurğulanıb.

"Ağalarovların varisləri bənzər obrazda geyinməyi sevirlər, amma eyni libasdan istifadə etmirlər. Əgər onlar cins şalvar və ağ kofta geyiniblərsə, papaqları mütləq fərqli olmalıdır. Əli və Mikayıl papaqları çox sevirlər. Onların qarderobunda hər növ, saysız-hesabsız papağa rast gəlmək olar. Onlar "Hörümçək adam", "Minion", "Maşınlar" cizgi film qəhrəmanlarının şəkilləri olan papaqlar, koftalar xoşlayırlar.

Əli və Mikayıl futbol və boksu sevirlər. Buna görə də rahat və tünd rəngli geyimlərə üstünlük verirlər" deyə, yazıda qeyd olunub.





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs