Əlaqə Arxiv
news Image
2016.06.22
21:30
| A A A
7-ci dəfə ərə getməyə hazırlaşan müğənni: "Mən evyıxan deyiləm"

Müğənni Seda Sayan sosial mediada onun haqqında yazılan ittihamlara əsəbiləşib.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, adının "evyıxan qadın" olaraq hallanmasına etiraz edib:


"4 il yarım əvvəl, həm də qarşılıqlı razılıq əsasında boşanan Erkan Çeliklə bağlı hər dəfə xəbər yazılanda adımı ləkələyirlər. Evyıxan deyiləm... Məni belə bir qadın olaraq göstərənləri və xəbər yazanları məhkəməyə verəcəyəm. Görüm, orada necə danışacaqsınız".


Qeyd edək ki, S.Sayan uzun zamandır musiqiçi E.Çeliklə sevgilidir. 2011-ci ildə sosial şəbəkədə S.Sayanla tanış olan Erkan İstanbula köçərək orada yaşamağa başlayıb. Onların artıq nişanlandığı deyilir. Bundan əvvəl 6 dəfə evlilik həyatı yaşayan müğənninin bir oğlu var.

Sizin Reklam Yeriniz