Əlaqə Arxiv
news Image
2016.06.24
13:17
| A A A
Emrah jurnalistləri niyə qovdu?

Müğənni Emrah bu gün həyat yoldaşı və uşağıyla birgə sənətçi Harun Kolçakı ziyarət etmək üçün xəstəxanaya gedib.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, reanimasiyada olan müğənninin  vəziyyətini öyrənməyə gələn Emrah xəstəxanadakı jurnalistlərlə rastlaşıb. O,  mühafizəçiləri çağıraraq "Bunları qovun, istəmirəm onları" deyib. Emrah media nümayəndələrinin xəstəxanaya onu və ailəsini çəkmək üçün gəldiklərini düşünüb.


Ailəsiylə xüsusi otağa keçən müğənni anlaşılmazlığın olduğunu öyrənsə də, jurnalistlərdən üzr istəməyib.


Emrahın meneceri açıqlamasında hadisəni qismən də olsa təsdiq edərək "telefonla fotolarını çəkmək istəyənlərə etiraz etdi, amma təhqir yox idi" açıqlamasını verib.

Sizin Reklam Yeriniz