Əlaqə Arxiv
news Image
2016.06.24
13:40
| A A A
Ermənilər "Maral-maral"ı oğurladılar - video

Müğənni Nadir Qafarzadənin ifasında tanınan "Maral" mahnısı erməni sənətçilər tərəfindən oğurlanıb. 


Movqe.az-ın məlumatına görə, erməni müğənnilər Tiqran Asatryan və Andy bəstəni ifa edib və ona "Tanem-tanem" adını qoyublar. Erməni dilinə tərcümə edilən mahnının müəllifi kimi Levon Abrahamyan göstərilib. 


Tiqran və Andy bəstəyə klip də çəkdiriblər. 


Mahnını Azərbaycanda tanıdan N.Qafarzadə məsələyə münasibət bildirib:


"Ermənilər Azərbaycanın "Sarı gəlin" kimi gözəl əsərini öz adlarına çıxmaq istəyirdilər. Onraldan bu cür şeyləri gözləmək olar. "Youtube"yə yerləşdirilən mahnının şərh hissəsinə "Maral" yazıblar. Onların bu oğurluğunu nə mən, nə də başqası müsbət qarşılamaz"./axşam.az/




Sizin Reklam Yeriniz