news Image
2016.06.26
12:30
| A A A
Kıvanç Tatlıtuğ elə bir şey istədi ki...

2 mövsüm fasilə verdikdən sonra yeni serialı ilə ekranlara geri dönməyə hazırlaşan aktyor Kıvanç Tatlıtuğ rejissor mövzusunda komanda ilə ortaq nöqtəyə gələ bilmir. 


Movqe.az bildirir ki, ssenarisini Səma Ergenekon və Eylem Canpoladın yazdığı serial yeni mövsümdə Star TV-də yayımlanacaq. 


"AY Yapım"a məxsus olan serialın rejissorluğunun Ali Belginə həvalə olunması nəzərdə tutulsa da, Kıvanç Tatlıtuğ öz istəyini irəli sürərək "Kuzey Güney"-də birgə işlədiyi Mehmet Ada Öztekinlə çalışmaq istədiyini söyləyib. Hazırda Mehmet Ada Öztekin yay üçün nəzərdə tutulan"Bodrum masalı" serialını çəkir. İlk bölümləri lentə alınan serialın rejissoru İstanbula gələcək. Buna görə də Kıvanç Mehmet Ada Öztekinle iş ehtimalını nəzərə alaraq bu təkliflə çıxış edib. 


Noyabrda ekrana çıxacaq serialda böyük bir eşq hekayəsinin canlandırılacağı gözlənilir. Axşam.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs