Əlaqə Arxiv
news Image
2016.06.29
15:40
| A A A
Elnur: "Mən nə istəsəydim, Ebru Gündeş edərdi" - fotolar+video

"O səs Türkiyə"nin qalibi Elnur Hüseynov "V element" verilişində qonaq olub. 


Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni Türkiyədəki yaşayışından danışıb:


"İstanbulda evimdə iquana var. Əvvəl iki dənə idi: biri dişi, digəri erkək. Dişi erkəklə dolanmadı, dişlədi. Ona görə də qaytardım. İndiki iquanamla gözəl yaşayırıq, evi gəzir, səhərlər dururam ki, üstümə çıxıb. Ən əsası isə o məni tanıyır. Azərbaycana gələndə başqa yerə qoyuram, orada baxırlar. Bir dəfə qayıdanda gördüm ki, akvariumda oturub, başqa iquana ilə oynayır. Məni görən kimi üstümə gəldi. Onlar soyuq heyvanlardır. Hamı təəccübləndi ki, səni tanıdı. 


Evimdə pişik və it də var. Onlar bir-biri ilə oynayır, tanıyırlar".


İki dəfə "Eurovision" müsabiqəsində ölkəmizi təmsil edən ifaçı üçüncü dəfə heç vaxt yarışmaya getməyəcəyini bildirib:


"Üçüncü dəfə dəvət olunsam, getmərəm. Bundan sonra festivallara qatılmaq istəyirəm. Çünki burada özünü sərbəst göstərə bilirsən. "Eurovision"da isə çərçivədə olmalısan".


E.Hüseynov türkiyəli müğənni və yarışmada müəlliməsi olan Ebru Gündeşdən bəhs edib. O, aparıcının "Ebru Gündeş sənə söz vermişdi ki, albomunu çıxardacaq. Necə oldu" sualına belə cavab verib:


"Sənətdə tez-tez getməməlisən. Hara gedirəm ancaq soruşurlar ki, "Niyə albom çıxarmırsan". Niyə albom çıxarmalıyam ki?  


Əgər mən istəsəydim, Ebru Gündeş sözünün üstündə durardı. Yarışma bitəndə dedi, "Elnur, istəyirsən edim". Mən razılaşmadım. Ona ailəm kimi baxıram. O kədərlənəndə, mən də pis oluram. Yarışmada birlikdə yol keçəndə onun insanlığını tanıdım. Mən qalib gələndə digər münsiflər çox şeylər danışdılar. Bu da olmalıdır. 


Mənim ağlımdakı o idi ki, səhnəyə çıxım oxuyum. Türkiyədə məni bir az tanısınlar, iş tapacam. İş tapsam, pul qazanacam və evimi tuta biləcəm. Birinci olmağı heç gözləmirdim. 


Türkiyədən əvvəl Rusiyaya getdim, onlar çox aqressivdilər. Orada qalmaq və tanınmaq istəmirəm".


İfaçı həmkarı Samir Cavadzadəylə küsülü olmaları ilə bağlı xəbərlərə də münasibət bildirib: 


"İstanbula gedəndə hamı yazdı ki, "Elnur Azərbaycandan küsüb". Mən heç vaxt cavab vermirəm. Bunlar boş danışmalardır. Samirlə gözəl münasibətimiz var. Nəsə olanda, yeni mahnı oxuyanda bir-birimizlə məsləhətləşirik".


Elnur "Eurovision" təmsilçiləri arasında ən çox bəyəndiyi ifaçının adını açıqlayıb: 


"Səbinə Babayevanı bəyənirəm. Gözəl müğənidir, səhnədə duruşuda gözəldir. Bunları onunla dost olduğum üçün demirəm. Biz dalaşmışıq da, bir-birimizə telefon da söndürmüşük".


E.Hüseynov daha sonra "İndi çox xoşbəxtəm, özümü tapmışam. "Eurovision"dan sonra dedim ki, mənə dəyməyin, bir il tək qalım. Dostlarımla görüşmədim, tək qaldım, bütün Türkiyəni dolaşdım. İnsan özünü tapmasa, ömrü boyu axtarışda olacaq" deyə, əlavə edib.



Sizin Reklam Yeriniz