Əlaqə Arxiv
news Image
2016.06.30
14:15
| A A A
Rəqsanə od püskürdü: "Bu müqəddəs ayda qızım Aysunun nişan..."

Bir neçə gündür ki, mətbuatda tanınmış müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysunun nişanının pozulması haqqında xəbərlər dolaşır. İyunun 28-i paytaxt restoranlarının birində kiçik qızı Yağmura təmtəraqlı doğum günü keçirən müğənni, böyük qızı haqqında yazılan xəbərlərdən agah olan kimi BiG.AZ-a açıqlama verib : "Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsunda? Ayıbdır, işin əslini bilmədən, araşdımadan necə belə xəbərlər yaza bilirsiz?! 


Mən açıqlamamda demişdim ki, əlbəttə övladımın xoş gününü gizlətməyəcəyəm. Ola bilsin Aysunun nişanını da Yağmurun doğum günü ilə bir vaxta saldıq, amma hələ dəqiq deyil. 


Aysun və Ali Türkiyədəki işləri ilə əlaqədar ayın 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik. 


Reytinq xatirinə də öyrənmədən xəbər yazmaq olmaz axı, özü də bu müqəddəs ayda....

Qələminə hörmət etdiyim jurnalistlərə zamanı gəldikdə mətbuat katibim nişan haqqında məlumat verəcək. O vaxta qədər öyrənmədən, araşdırmadan övladımın gələcəyi ilə bağlı absurd xəbərlər yazıb, onun adını hallandırmayın!".


Qeyd edək ki, məşhurun gələcək kürəkəni Ali də öz şəxsi instagram hesabında yayılan xəbərin yalan olduğunu bildirib.

Sizin Reklam Yeriniz