Əlaqə Arxiv
news Image
2016.06.30
17:47
| A A A
Nadir Qafarzadə: "Həyat yoldaşım mənə baxıb əsəbləşirdi"

"Məni efirlərə dəvət edib, təxribat yaradırdılar. Suallar verirdilər, mən də əsəbiləşib danışırdım, qalmaqal yaranırdı".

Movqe.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib.


Sənətçi həyat yoldaşı Sevinc xanımın qalmaqallara görə onu efirlərdə izləmədiyini etiraf edib:


"Həyat yoldaşım həmişə deyirdi ki, sən efirə çıxanda baxmıram, əsəbiləşirəm. Harasa gedəndə, deyirdi, səni qalmaqala salacaqlar. Söz verirdim ki, danışmayacam. Alınmırdı, danışırdım. O da baxıb əsəbiləşirdi, dediyi düz olurdu. Amma indi nə desələr də, cavab vermirəm. Xanımım bilir ki, o cür təxribatlara uymuram. Qalmaqallı sual olanda yola verirəm, deyirəm, İsa sizə kömək olsun".


Sizin Reklam Yeriniz