news Image
2012.04.21
21:46
| A A A
İmperator 13 ildən sonra qayıtdı - FOTO
O, tamaşaçıları ayağa qaldırıb

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 13 ay fasilədən sonra yenidən səhnəyə qayıdıb. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində səhnələrə vidalaşmaq məcburiyyətində qalan İ.Tatlısəs səhnəyə çıxıb. Müğəninin yaxın dostu olan Türkiyənin məşhur biznesmeni Talib Öztürkün xahişini qırmayaraq, səhnəyə çıxan İ.Tatlısəs tamaşaçıların marağına səbəb olub. İ.Tatlısəs səhnədə həyata dair o qədər həqiqi və o qədər doğru-dürüst nümunələri izah edib ki, bu da onu izləyənləri ayağa qaldırıb.

Qeyd edək ki, Şərqdə pop musiqi janrının "İmperatoru" sayılan İ.Tatlısəs keçən il başından gülələnərək, ağır yaralanmışdı.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs