Əlaqə Arxiv
news Image
2016.07.03
22:00
| A A A
Leyla Əliyeva üçün özəl gün

Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. 


Movqe.az xəbər verir ki, Leyla Əliyevanın 31 yaşı tamam olur. O, 1985-ci il iyulun 3-də anadan olub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb.


Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsisçisi və baş redaktorudur.


O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.


Leyla Əliyevanın Əli və Mikayıl adında iki oğlan övladı var. 


Sizin Reklam Yeriniz