Əlaqə Arxiv
news Image
2016.07.04
16:10
| A A A
Emrah üçüncü dəfə ata olacaq

İki il əvvəl oğlu Elyasanı qucağına alan müğənni Emrahın həyat yoldaşı Sibel Erdoğan yenə hamilədir.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uşaq növbəti ilin əvvəlində dünyaya gələcək. Hazırda isə Emrah və xanımı oğulları ilə birgə tətildədirlər.


Onlar Barselona, Lissabon, Amsterdam və Brüsüseli gəzdikdən sonra Türkiyəyə dönəcəklər. Dərhal ardından isə Emrah ATV-də yayımlanacaq yeni serialı üçün hazırlıqlara başlayacaq.


Qeyd edək ki, Emrahın əvvəlki evliliyindən Tayfun adlı bir oğlu da var.


Sizin Reklam Yeriniz